16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il KOBİA-nın dəstək və xidmətlərindən faydalananların sayı 13 mini ötüb

2024-cü ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 1047 təlim təşkil olunub.

Agentliyin məlumatına görə, təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-nın video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2024-cü ildə Agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?