13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tatarıstanla sənaye parklarında icra edilən layihələr müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb. Hər iki tərəfdə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili, kiçik və orta biznes sahəsində işbirliyi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri ölkəmizin əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.

Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.

-----

15:37

“Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşümüzdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, ticarət, sənaye, sahibkarlıq, innovasiya və digər sahələrdə tərəfdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə fəaliyyətin perspektivlərini və sənaye parklarında icra edilən layihələri müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?