14 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının iclası keçirilib

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 4-cü iclası keçirilib. Tədbirdə Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda vurğulanıb ki, Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Bu baxımdan, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Fondun fəaliyyəti Qırğızıstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsini əhatə edir.

Qeyd olunub ki, ötən ilin aprelində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Sazişdə dəyişiklik edilməsi haqqında” imzalanmış Əlavə Saziş əsasında Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollaradək artırılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılması prosesinin sürətləndirilməsi üçün zəruri addımlar atılır. Hazırda Fond vasitəsilə maliyyələşmə çərçivəsində təqdim olunan layihələrə investisiyaların ayrılması məsələsinə baxılır.

İclasda Fondun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2025-ci il büdcəsi, təşkilati strukturu, ştat cəvdəli, eləcə də tikinti və enerji sahələri üzrə 2 layihənin investisiya hesabatı təsdiq edilib, digər məsələlər müzakirə olunub.

VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü?