19 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsinə dair arayışlar elektron formada verilir

Hazırda daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsi, eyni zamanda müxtəlif məqsədli bazar əməliyyatlarının həyata keçirilməsi əmlakın qiymətləndirilməsi xidmətlərinə olan tələbatı artırır. Daşınmaz əmlakların bazar dəyərinin qiymətləndirilməsi mülkiyyət sahiblərinə əlavə imkanlar yaradır, əmlakın real dəyərinin müəyyən edilməsi bazarın şəffaflığını artırır və qərarların düzgün qəbul edilməsinə imkan verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsinə dair arayışlar elektron formada verilir. Arayışın verilməsi üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və daşınmaz əmlakın texniki sənədi (texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü) tələb olunur.

Onlayn qaydada müraciət etmək üçün ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi və arayışların verilməsi” xidmətinə keçid edib müvafiq məlumatları daxil etmək lazımdır.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?