23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 7 faizdən çox artıb

Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 7 faizdən çox artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri-neft-qaz sektorunda isə 7,3 faiz artıb.

Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, mebel istehsalı 45,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, elektrik avadanlıqlarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,9 faiz, geyim istehsalı 24,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,0 faiz, tikinti materiallarının istehsalı 16,9 faiz, içkilərin istehsalı 15,7 faiz, qida məhsullarının istehsalı 10,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, kağız və karton istehsalı 5,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 4,1 faiz, sair sənaye məhsullarının istehsalı 2,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,2 faiz, neft məhsullarının istehsalı 11,0 faiz, poliqrafiya məhsullarının istehsalı 23,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, maşın və avadanlıqların istehsalı isə 51,4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,7 faiz artıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması