21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihələri maliyyələşdirəcək

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda yerli valyutada maliyyələşdiriləcək yeni layihələr axtarışındadır. AİB-in Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, Asiya İnkişaf Bankı yerli bazarda istiqraz emissiya etmək niyyətindədir, lakin bu, ölkədə həyata keçiriləcək layihələrdən asılıdır ki, bank bunları maliyyələşdirməkdə maraqlı olmalıdır. "Asiya İnkişaf Bankı Azərbaycanın fond bazarında yerli valyutada istiqraz buraxmağı planlaşdırır. Bu proses ölkədəki layihələrdən asılıdır. Hazırda da biz Azərbaycanda maliyyələşdirə biləcəyimiz layihə axtarışındayıq. Layihə müəyyənləşdirildikdən sonra sözügedən qiymətli kağızların emissiyası qısa bir zamanda həyata keçiriləcək", - deyə AİB-dən bildirilib. Bankdan verilən məlumata görə, buraxılacaq istiqrazların həcmi də məhz layihə müəyyənləşdirildikdən sonra bilinəcək.

Qeyd edək ki, iyulda Azərbaycanın fond bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutunun – Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları emissiya edilib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 mln. manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Bank tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 mln. manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-ə üzv olduqdan sonra nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 mlrd. ABŞ dolları həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardımı alıb.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?