2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinlə aqrar sektorunun inkişaf perspektivləri müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) “Changzhou Dongfeng Agricultural Machinery Group Co., LTD” şirkətinin icraçı vitse-prezidenti Bai Anlinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri və reallaşdırdığı təşəbbüslər, ölkədə investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu sahədə tətbiq olunan texnologiyalarda yaşıl enerjiyə keçid planlaşdırılır.

“Changzhou Dongfeng Agricultural Machinery Group Co., LTD” şirkətinin icraçı vitse-prezidenti Bai Anli Azərbaycanın kənd təsərrüfatı sektorunun əhəmiyyətli investisiya potensialına malik olduğunu vurğulayıb, çəltikçilik, taxılçılıq, pambıqçılıq və digər sahələrdə istifadə olunan müxtəlif növ texnikanın şirkət tərəfindən istehsalının mövcud olduğunu bildirib.

Görüş çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sektorunda yüksək tələbat olan texniki avadanlıqlar və sahənin inkişaf perspektivləri müzakirə edilib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?