7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ildə pul siyasətinin hədəfi açıqlanıb

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2 faiz səviyyəsində saxlamaqdan ibarət olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq. Mərkəzi Bankın son (oktyabr 2024) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8 faiz ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?