17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in həyata keçirilməsi məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.

Energetika Nazirliyinin məlumatına görə, nazir Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminovun iştirakı ilə hibrid formatda baş tutan mərasimdə sənəd “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin İdarə Heyətinin sədri Nabi Aytjanov və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb.

“Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə yaşıl enerjinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texnik-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn zəruri tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpaolunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Birgə Müəssisənin idarəetmə sistemi şirkətin ali idarəetmə orqanı kimi Ümumi Yığıncaq vasitəsilə tənzimlənəcək, fəaliyyətə rəhbərlik isə Baş direktor tərəfindən həyata keçiriləcək. Bu vəzifə hər üç ildən bir tərəflər arasında bərabər rotasiya əsasında dəyişdiriləcək.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən cari ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?