24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xankəndidə istehlak bazarında fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirilir.

Dövlət Xidmətinin məlumatına görə, növbəti maarifləndirici tədbir Xankəndi şəhərində Qarabağ iqtisadi rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində, o cümlədən yanacaq məhsullarının, inşaat materiallarının və mobil telefonların satışı, restoran, hotel, əczaçılıq, avtomobil təmiri, avtoyuma və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə keçirilib.

Görüşdə sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək məqsədilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni yaradılan ticarət və xidmət obyektlərinin fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilib. Həmçinin istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələri üzrə cari vəziyyət, qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri də sahibkarların diqqətinə çatdırılıb və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bu sahədə Dövlət Xidməti tərəfindən atılan addımlar, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Sahibkarlara fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?