25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 15 milyard dolları ötüb

Bu il təsis olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Milli sərvətdən dayanıqlı inkişafa doğru" şüarı altında illik yığıncağı keçirilib.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının bir hissəsi olaraq və Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan ARDNF ötən müddət ərzində Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm qurumlardan birinə çevrilib.

Tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Fondun ötən 25 ildə keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan söz açıb. Bildirib ki, 1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olub. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir.

Qeyd edək ki, Dövlət Neft Fondu yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?