8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşlər keçirib.

Görüşdə iqtisadiyyat naziri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılmış "Yüksəliş" müsabiqəsinin ölkəmizdə kadr potensialının zənginləşdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb. Mentorluq proqramı çərçivəsində Nazirliyin və özəl şirkətlərin nümayəndələri ilə təşkil edilən görüşlərin idarəçilikdə effektivliyin yüksəldilməsi, strateji yanaşma və digər istiqamətlərdə qaliblərin bilik və bacarıqlarının artırılmasına hədəfləndiyi qeyd edilib.

Gənclər keçirilən görüşlərdə ölkəmizdə sahibkarlığın inkişafı, rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını bildiriblər. Mentorluq proqramının resursların səmərəli istifadəsi, strateji layihələrin icrası və tərəfdaşlarla əlaqələrin qurulması baxımından səmərəli təcrübə olduğu nəzərə çatdırılıb.

Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentilərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?