14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

10 ayda Çexiyaya 900 milyon dollarlıq neft məhsulları ixrac olunub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çexiyaya 900,8 milyon ABŞ dolları dəyərində 1,43 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 37,8 faiz və ya 247,1 milyon dollar, həcm baxımından isə 31,6 faiz və ya 344,7 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 2-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,96 faizi məhz bu ölkənin payına düşüb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?