25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” Qvineya-Bisauda perspektivli sahələrin ilkin ehtiyatlarını qiymətləndirəcək

“AzerGold” QSC-nin strateji planlarına fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsi daxildir.

QSC-dən verilən məlumata görə, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Zakir İbrahimov mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

Öz növbəsində Karlos Pinto Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə “AzerGold”un təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib.

Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindən hazırlandığını və müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Tərəflər “AzerGold”un innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar. Görüşün davamında “AzerGold” tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindən xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır.

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşün nəticəsi olaraq Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?