24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu yenidən qurulur VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, sözügedən yolun ilk 11,7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır.

Hazırda layihə boyu torpaq işləri görülür. Bundan başqa, yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri aparılır. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Layihə boyu ümumi fiziki tərəqqi 55 faiz təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?