19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişlərində 4 dəfə artım var

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır. Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilib. Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır.

Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib. Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur.

2024-cü ilin 10 ayında ölkə üzrə 406 min 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qoarğıdalı, pambıq sahələridir.

Eyni zamanda ölkə üzrə 2 min 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb. Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqı toplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manat həcmində sığorta təminatı verilib. Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?