19 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha bir məhsul “Made in Turan” nişanı ilə ixrac ediləcək

Azərbaycanın filtr məhsullarının istehsalçısı “Az Filter” şirkəti 2025-ci ilin yanvar ayından etibarən məhsullarını “Made in Turan” nişanı altında ixrac edəcək. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin baş direktoru Abuzər Fərhadlı məlumat verib.

Onun sözlərinə görə, yeni qablaşdırmada məhsulların üzərində bu nişan əks olunacaq. “Gürcüstan və Qazaxıstandan ixraca dair sifarişlər daxil olub ki, bu bazarlara dekabr ayından tədarüklərə başlanılacaq. Qeyd edim ki, biz Ələt Azad İqtisadi Zonasında rezident statusunun əldə olunması ilə bağlı müraciət etmişik və müraciətimizə müsbət rəy verilib. Burada istehsalın təşkili ilə bağlı Çin, Koreya və Tayvandan zəruri olan avadanlıqların alınmasına dair sifarişlər vermişik. Ələt Azad İqtisadi Zonasında istehsalın təşkili məhsullarımızı Avropa bazarına da ixrac etməyə imkan yaradacaq”, - A.Fərhadlı əlavə edib.

Qeyd edək ki, şirkət tərəfindən minik və kommersiya avtomobilləri, həmçinin sənaye, tikinti, kənd təsərrüfatı, dağ-mədən və dəniz sahələrində istifadə olunan texnikaların filtrləri istehsal edilir.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları