15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsullarının ixracında 11 faiz artım qeydə alınıb

Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası da genişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 740,6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11,0 faiz artıb.

Yanvar-oktyabr aylarında Azərbaycanda pomidor ixracında 12,4 faiz, xurma ixracında 14,7 faiz, tütün xammalı ixracında 5,1 dəfə, pambıq mahlıcı ixracında 63,3 faiz artım qeydə alınıb.

Bu müddət ərzində ölkəmizdən 142 milyon dollar dəyərində pomidor, 52,9 milyon dollar dəyərində xurma, 21,5 milyon dollar dəyərində tütün xammalı, 160,4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?