23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 62 faiz artıb

Qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 62 faiz artıb

Doqquz ayda korporativ qiymətli kağızlar üzrə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 62 faiz artaraq 2,8 milyard manatı üstələyib. Cari ilin sentyabr ayında ölkəmizin kapital bazarları tarixində ilk dəfə olaraq, Azərbaycan Beynəlxalq Bankının səhmlərinin kütləvi təklif üsulu ilə uğurla yerləşdirilməsi baş tutub.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Həyata keçirdiyimiz siyasətimizin mühüm istiqamətlərindən biri də ölkədə nağdsız ödənişlərin artımıdır. Cari ilin doqquz ayında ötən ilin eyni dövrünə nəzərən ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 68,4 faiz artaraq 56 milyard manata çatıb”, - deyə o əlavə edib.

AZƏRTAC

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?