15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir

Cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırıb. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin noyabrın 25-də keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2024-cü il nəzərə alınmaqla 2019-2024-cü illərdə ölkədə real ümumdaxili məhsulun 14,4 faiz, qeyri-neft qaz sektorunda isə real ümumdaxili məhsulun 1,3 dəfə artması gözlənilir.

“Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”, - deyə nazir əlavə edib.

AZƏRTAC

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?