19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yük təyyarələrində bioyanacaqdan istifadə ediləcək

“Silkway West Airlines” şirkətinin təyyarələrində ənənəvi yanacaqla yanaşı bioloji yanacaqdan (Sustainable Aviation Fuel – SAF) da istifadə edilməsi nəzərdə tutulur. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına aviaşirkətin prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri Kamran Babayev məlumat verib.

Onun sözlərinə görə, bu yaxınlarda Dövlət Mülki Aviasiya Agentliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb. “Sənədə müvafiq olaraq Yol Xəritəsi hazırlanacaq ki, gələcəkdə biz də bioloji yanacaq istifadə edə bilək. Bizim donanmamız 15 yeni nəsil (Boeing-777 və Boeing-747) təyyarələrdən ibarətdir. Gələn il təyyarə parkının daha iki Airbus-350F təyyarələri ilə artırılacağı gözlənilir. Tədricən bioloji yanacağı öz əməliyyatlarımıza daxil edəcəyik”, - Kamran Babayev əlavə edib.

Hüseyn VƏLİYEV

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?