26 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ələt Azad İqtisadi Zonasında tikiləcək hava limanı sırf yaşıl konsepsiya əsasında fəaliyyət göstərəcək

Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikintisi üzrə aparılan işlərin birinci fazasının 2026-cı ilin ikinci rübündə tamamlanması nəzərdə tutulur. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Silkway West Airlines” şirkəti prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri Kamran Babayev məlumat verib.

Onun sözlərinə görə, birinci faza çərçivəsində uçuş-enmə zolağı və əməliyyat binaları tikiləcək.

"İkinci faza çərçivəsində isə inzibati binalar inşa ediləcək. Bu faza üzrə işlərin 2029-cu ilin ikinci, yaxud üçüncü rübündə tamamlanacağı planlaşdırılır. Hava limanı eyni zamanda 21 təyyarəni qəbul etmək imkanına malik olacaq. Vətəndaşların hava limanındakı karqo terminalına gedib-qayıtmaları üçün dəmiryolu nəqliyyatından istifadə imkanının da yaradılması nəzərdə tutulur",- K.Babayev qeyd edib.

O əlavə edib ki, hava limanı sırf yaşıl konsepsiya əsasında fəaliyyət göstərəcək. Burada alternativ enerjidən istifadə olunacaq: “Hər bir binanın üzərində günəş panelləri quraşdırılacaq. Hava limanı ərazisində bütün yerüstü nəqliyyat vasitələri, avadanlıqlar elektrik enerjisi ilə idarə olunacaq. Ərazidə, həmçinin, çirkab sularının təmizlənməsi stansiyaları quraşdırılacaq. Biz əlimizdən gələni edirik ki, emissiyaların həcmini azaldaq. Biz həm inşaatdan əvvəl, həm təhvil-təslim fazasından sonra ətraf mühitə dəyə biləcək hər bir ziyanı qiymətləndirərək, ona uyğun nəzarət tədbirləri tətbiq edəcəyik. Yekunda hava limanının Beynəlxalq Hava Limanı Təşkilatı tərəfindən akkreditasiyadan keçirilməsi nəzərdə tutulur".

Hüseyn VƏLİYEV

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?