15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub

İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov vurğulayıb ki, 14 noyabr tarixində COP29 çərçivəsində keçirilmiş SPECA Nazirlər Görüşündə elan olunan Fond aid olduğu regionun çağırışlarının həlli istiqamətində mühüm təşəbbüsdür. Qurum çevik və inklüziv platforma kimi əsas sahələr üzrə praktiki addımlara imkan yaratmaq üçün nəzərdə tutulub. Bunlara ticarət əlaqələrini inkişaf etdirmək, iqlim problemlərinə qarşı davamlılığı artırmaq, innovasiya və rəqəmsal transformasiyanı təşviq etmək daxildir. Fond iqlim və davamlı inkişaf problemlərini həll etməyə yönəlmiş effektli layihələrin reallaşdırılması üçün vasitələr təqdim edir. Qurum SPECA dövlətləri arasında iqtisadi inteqrasiyanı və institusional imkanları gücləndirən layihələri dəstəkləyəcək. Beynəlxalq təşkilatlar, inkişaf bankları və özəl sektorla sıx əməkdaşlıq edilməklə problemlərin effektiv həlli üçün resurslar və təcrübə səfərbər ediləcək.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Fondun SPECA ölkələri üçün önəmini vurğulayıb. Qeyd edilib ki, qurumun regional əməkdaşlıq və uğur nümunəsinə çevrilməsi üçün birgə səyləri gücləndirmək lazımdır.

Dmitri Mariyasin tərəfindən Fondun əməliyyat strukturu və potensial təsir sahələrini ehtiva edən təqdimatı keçirilib, bu yöndə müzakirələr aparılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?