13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar Babayev: “Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir”

“Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir. Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır”.

Bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” adlı tədbirin açılışında deyib.

O vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir: “Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin gücləndirilməsidir, əsas da qadın fermerlərin”.

Onun sözlərinə görə, fermerlər tərəfindən kənd təsərrüfatı sahəsində emissiyalar və tullantılar çoxdur.

“Hər birimiz ərzaq təhlükəsizliyini təmin etməliyik. Qadın fermerlərin iqlim dayanıqlılığının güclənməsində böyük rolu var. Fermer qruplarını dəvət edirəm ki, bu təşəbbüsə qoşulsunlar”,- deyə o qeyd edib.

AZƏRTAC

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?