24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Cisco Systems" şirkəti ilə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib

"Cisco Systems" şirkəti ilə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.

Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.

Şirkətin ölkəmizdəki fəaliyyətinin şaxələndirilməsi və bu çərçivədə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal sinerjinin təmin edilməsinin əhəmiyyətli perspektivləri vurğulanıb.

Tərəflər əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqinin təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın əhatəsinin genişləndirilməsi, müasir texnologiyalardan istifadənin təşviqi və birgə istehsalın təşkili imkanlarının dəyərləndirilməsi barədə fikirlərini bölüşüblər.

-----

16:39

“COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşümüzdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi, innovasiya ekosisteminin təkmilləşdirilməsi və biznes subyektlərinin fəaliyyətinin effektivliyinin artırılması kimi sahələrdə birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması