8 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl iqtisadiyyatın inkişafına xidmət edən razılaşmalar imzalanıb

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb. Razılaşmalar dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlib.

Plastik və Şüşə Qabların Depozit İdarəetmə Sistemi layihəsi

COP29 çərçivəsində AİŞ ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozit İdarəetmə Sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması və Depozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək. Layihə təkrar emalı stimullaşdırmaq və dairəvi iqtisadiyyata töhfə vermək məqsədi daşıyır. Depozit İdarəetmə Sisteminin tətbiqi ilə Azərbaycanda təkrar emal potensialının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

Karbon texnologiyalarının inkişafına dair layihə

İkinci Anlaşma Memorandumu AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə imzalanıb. Layihə Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir. Müasir karbontutma həllərinə investisiya yatırmaqla Azərbaycan karbon emissiyalarını azaltmağa və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələri artıracaq.

Enerji batareyası istehsalı üzrə layihə

Üçüncü Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və bp-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.

Piroliz yağının istehsalı üzrə layihə

Azərbaycan İnvestisiya Şirkəti, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb.

“Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi (FEED) həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.

VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?