26 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının nümayəndəsi ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşüb.

Görüşdə ABŞ ilə genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyəti qeyd olunub. Həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər və yaşıl inkişaf istiqamətində qarşıya qoyulan hədəflər, yaşıl enerji keçidi üzrə görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib, bu sahədə əməkdaşlıq potensialı vurğulanıb.

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanmış “Yaşıl artım portalı”nın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyəti qeyd olunub

Tərəflər “təmiz enerji” sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri, bu sahədə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

-----

15:10

“COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evans ilə görüşdə Birləşmiş Ştatlarla Azərbaycan arasında genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyətini vurğuladıq. "Təmiz enerji" sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?