17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalında 8,7 faiz artım var

Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalında 8,7 faiz artım var

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə 8,7 faiz artıb.

Sənaye məhsulunun 64,0 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,8 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz, mebel istehsalı 40,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 22,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, tikinti materiallarının istehsalı 19,6 faiz, içkilərin istehsalı 18,1 faiz, tütün məmulatlarının istehsalı 14,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,3 faiz, kağız və karton istehsalı 9,7 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, geyim istehsalı 3,9 faiz, neft məhsullarının istehsalı 2,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,2 faiz artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 4,8 faiz, sair sənaye məhsullarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,0 faiz, poliqrafiya məhsullarının istehsalı 24,9 faiz, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artıb.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?