10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni salınan armud bağlarının hər hektarına görə fermerlərə əkin subsidiyası veriləcək

Yeni salınan armud bağlarının hər hektarına görə fermerlərə əkin subsidiyası veriləcək

Azərbaycanda intensiv meyvə bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.

Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.

Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz edilməli, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir.

Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.

Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyvə ixracında da artım qeydə alınır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?