2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində müzakirələr aparılıb

COP29 çərçivəsində COP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, həmçinin beynəlxalq qurumlarla tərəfdaşlıq əsasında Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması təşkil olunub. Tədbirə 71 ölkədən 1000-dən çox qeydiyyatdan keçmiş iştirakçı qatılıb.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış ediblər. İqtisadi artımın, iqlim dayanıqlığının gücləndirilməsi üçün qlobal təşəbbüslərin təşviqi və ölkəmizin bu prosesdə mühüm rolu qeyd edilib. Dövlət və özəl sektor, özəl sektorla xeyriyyə təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi sayəsində karbohidrogen resurslarından əldə olunan gəlirlərin iqlim fəaliyyətinə yönləndirilməsi və ölkə iqtisadiyyatının karbonsuzlaşmasına xidmət edən yaşıl enerji layihələri haqqında bəhs edilib.

Tədbirdə tərəfdaş qurumlar Paris İqlim Sazişinin hədəflərinə çatmaq məqsədilə inkişaf etməkdə olan ölkələrdə iqlimə dair maliyyə və sərmayə strategiyaları barədə fikir mübadiləsi aparıblar. Həmçinin, iqlimə dayanıqlı həllərə kapital cəlbi və sənaye sahələrinin karbonsuzlaşmasını sürətləndirmək üçün əsas mexanizmlər diqqət mərkəzində olub.

Tədbir çərçivəsində 9 sessiya təşkil olunub. Sessiyalarda innovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərin dayanıqlı inkişaf öhdəlikləri, əhatəli iqlim fəaliyyətini sürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən yeni tərəfdaşlıqlar müzakirə edilib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ