3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bolqarıstanda Azərbaycan kapitalının iştirakı ilə 26 aktiv müəssisə fəaliyyət göstərir

Bolqarıstanda Azərbaycan kapitalının iştirakı ilə 26 aktiv müəssisə fəaliyyət göstərir. Bu barədə “vergiler.az”a Bolqarıstan Milli Gəlirlər Agentliyinin (MGA) baş direktoru Rumen Spetsov məlumat verib.

Onun sözlərinə görə, 2019-2023-cü illərdə Azərbaycanın Bolqarıstana birbaşa investisiyalarının göstəriciləri müxtəlif dinamika nümayiş etdirib.

“2019-cu ildə investisiyaların həcmi 1,1 milyon avro təşkil edibsə, 2020-ci ildə bu göstərici 2,4 milyon avroya yüksəlib. 2021-ci ildə isə bu rəqəm 1,6 milyon avrodan 2022-ci ilin sonuna 2,4 milyon avroyadək artıb. 2023-cü ildə investisiyaların həcmi 100 min avro təşkil edib. 2021 və 2023-cü illər üçün rəqəmlərin azalması o deməkdir ki, bu illərdə yeni investisiyalardan daha çox köhnə investisiyalar cəlb edilib. 2019-2023-cü illərdə Bolqarıstanın Azərbaycana birbaşa investisiyaları hər il, demək olar ki, sabit olaraq 100 min avro civarında olub”, - Rumen Spetsov qeyd edib.

Rumen Spetsov Bolqarıstanla Azərbaycan arasında 2008-ci il noyabrın 25-də qüvvəyə minmiş “Gəlirlərin və əmlakın ikiqat vergitutmasının qarşısının alınması haqqında (DTC) Saziş”dən danışarkən, bu istiqamətdə heç bir əngəlin olmadığını qeyd edib. “Azərbaycan da Bolqarıstan kimi OECD Qlobal Forumunun üzvüdür və avtomatik məlumat mübadiləsi üçün beynəlxalq standartları tətbiq edir. Hər iki ölkə transmilli şirkətlərin maliyyə hesabları və ölkə hesabatları haqqında məlumat mübadiləsini avtomatik həyata keçirir”, - deyə Rumen Spetsov bildirib.

Rumen Spetsov Milli Gəlirlər Agentliyinin ən yaxşı təcrübənin öz fəaliyyətində tətbiqinə imkan verən bir sıra beynəlxalq forum və formatların üzvü və yaxud iştirakçısı olduğunu vurğulayıb. O, 2023-cü ildə “TADAT kontekstində vergi inzibatçılığında strateji islahatların planlaşdırılması və həyata keçirilməsinin təkmilləşdirilməsi” adlı beynəlxalq layihə çərçivəsində Vergi İnzibati Diaqnostik Qiymətləndirmə Alətinin (TADAT) tətbiqi vasitəsilə administrasiyanın fəaliyyətinin qiymətləndirildiyini xatırladaraq, layihənin Aİ-nin Texniki Dəstək Alətinin (TSI) texniki yardımı, Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyasının İslahatlar üzrə Baş Direktorluğu ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.

“TADAT vergi inzibatçılığının effektivliyinin obyektiv, standartlaşdırılmış qiymətləndirilməsini təmin edən və ölkənin vergi sisteminin əsas komponentlərinin sağlamlığının qiymətləndirilməsi vasitəsi olan diaqnostik qiymətləndirmə alətidir. Standartlaşdırılmış qiymətləndirmə bizə vergi inzibatçılığının bütün əsas funksional sahələrində qabaqcıl təcrübələrlə müqayisədə mövqeyimizi obyektiv təhlil etməyə imkan verdi. TADAT-ın qiymətləndirməsi bizdə əminlik yaratdı ki, MGA öz işində müəyyən edilən beynəlxalq təcrübələri səmərəli şəkildə tətbiq edir. Bu, eyni zamanda, proseslərimizin, ictimai xidmətlərin, analitik və idarəetmə təcrübələrimizin modernləşdirilməsinə diqqət verməyə imkan yaradır”, - Rumen Spetsov qeyd edib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ