15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqlim problemlərinin həllinə dair növbəti “4SİM Talks” tədbiri keçiriləcək

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə noyabrın 15-də növbəti “4SİM Talks” tədbiri keçiriləcək.

Mərkəzin məlumatına görə, COP29 ərəfəsində keçirilən tədbir iqlim dəyişikliyi ilə mübarizədə sənaye 4.0 texnologiyalarının rolu barədə olacaq.

Beynəlxalq ekspertlər enerji sərfiyyatının optimallaşdırılmasında süni intellekt, iqlim problemlərinin həllində rəqəmsallaşmanın rolu və enerji sahəsində fəaliyyət göstərən startaplar mövzusunda təqdimatla çıxış edəcəklər.

Tədbirdə iştirak etmək üçün https://forms.gle/DDgKLCUqMk6B1Jk47 səhifəsindən qeydiyyatdan keçmək olar.

“4SİM Talks” 4SİM tərəfindən icra olunan bir təşəbbüsdür. Onun məqsədi dövlət, özəl sektor, eləcə də elm və təhsil müəssisələrinin süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları, onların tətbiqi sahələri, üstünlükləri, uğurlu həllər haqda məlumat və maarifləndirilməsidir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?