18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Moody’s" Azərbaycanın bank sisteminə dair proqnozunu artırıb

"Moody’s" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan bank sisteminə dair proqnozunu "sabit"dən "müsbət"ədək artırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, proqnozda yaxın 12-18 ay ərzində bankların kredit qabiliyyətinin necə dəyişəcəyi barədə proqnozlar əks olunur. "İqtisadi artımın davam etməsi, dövlət tərəfindən ev təsərrüfatlarına göstərilən misilsiz dəstək bank sisteminə müsbət proqnoz verilməsini şərtləndirən başlıca amillərdir. Dünyada enerji daşıyıcıların əlverişli qiymətləri, ixracın artması, iqtisadiyyatda qeyri-neft sektorlarının payının böyüməsi nəzərə alınmaqla 2019-2020-ci illərdə iqtisadi artım sürətinin 3 faizədək artmasını gözləyirik. Hökumətin həyata keçirdiyi islahatlar da ölkədəki iqtisadi artıma müsbət təsir göstərməlidir", – "Moody’s"in analitikləri bildiriblər.

Ekspertlər göstərilən proqnozda bankların balansını tarazlaşdırmaq, dövlətin ev təsərrüfatlarına dəstəyi sayəsində bank aktivlərinin daha da keyfiyyətli hala gələcəyini, habelə problemli kreditlərin payının 2020-ci ilin sonunadək 10 faizdən aşağıya enməsini güman etdiklərini qeyd ediblər. "İlkin ssenarimizə görə, bankların mənfəətinin artması və mövcud risklər nəzərə alınmaqla ölçülən aktivlərinin çoxalması sayəsində bütövlükdə bank sistemində kapital yetərliliyi göstəriciləri sabit qalacaq", – məlumatda bildirilir.

Hesabatda dollarlı depozitlərin payı davamlı azalsa da, MDB ölkələri arasında ən yüksək səviyyədə qaldığı, bütövlükdə bank sistemi üzrə dollarlı passivlərin azalması, həmçinin dövlətin dəstəyi sayəsində manatlı likvidliyin yaxşılaşdığı diqqətə çatdırılır. Həmçinin pul-kredit və büdcə-vergi mühiti yaxşılaşdıqca hökumətin ayrı-ayrı banklara yox, bütövlükdə bank sektoruna yardım etdiyi də bildirilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?