7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Şanxay sərgisinə 152 ölkə və beynəlxalq təşkilatdan təxminən 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılacaq. Sərginin gedişində yüzlərlə məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı kimi builki sərgidə də təmsil olunacaq. Milli pavilyonda ixracyönümlü məhsullarımız təqdim ediləcək, Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində qazanılan nailiyyətləri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında materiallar nümayiş olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard ABŞ dolları dəyərində müqavilə və sazişlər imzalanıb.

AZƏRTAC

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?