Mərkəzi Bank uçot dərəcəsini 7,25 faiz səviyyəsində saxlayıb 1 Noyabr 2024 10:11 Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. AMB-nin yaydığı məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində saxlanılıb.