17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Green Hackathon 2024" layihəsi başa çatıb

"Green Hackathon 2024" layihəsinin yekunlaşmaşı ilə əlaqədar tədbir keçirilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini təqdim ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AİB-nin Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Jamal və digər qonaqlar çıxış ediblər.

Müsabiqənin sonunda “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.

Mərasim çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar" mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb. Ekspertlər, həmçinin beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?