11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Harvard Universitetinin "Growth Lab" Mərkəzi ilə müzakirələr aparılıb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.

Görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. “Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib.

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanış olunub. Portal “Growth Lab”ın “İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

-----

17:55

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausman ilə videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər, COP29-da təqdim olunacaq "Yaşıl artım portalı" layihəsi, vergi inzibatçılığında aparılmış islahatların əmək bazarına təsiri daxil olmaqla ikitərəfli əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik.

Bu haqda sosial şəbəkə paylaşımında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?