19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.

İqtisadiyyat naziri yüksək intellektə malik, rəqabətqabiliyyətli insan resurslarının dayanıqlı inkişafda önəmini vurğulayaraq, ölkəmizdə kadr potensialının gücləndirilməsi üçün görülən işləri qeyd edib.

Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibləri üçün hazırlanmış Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını qeyd ediblər. Proqram çərçivəsində qaliblər üçün beynəlxalq iş təcrübəsi, dövlət və özəl sektor nümayəndələri ilə görüş, idarəetmədə effektivliyin artırılması, resursların səmərəli istifadəsi və təşkilatın məqsədlərinə uyğun çevik qərar qəbuletmə mexanizmləri ilə tanışlıq imkanları yaradılıb.

Görüşdə Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Qaliblərə fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

-----

14:59

"Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti görüşlərimizi keçirdik".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqənin qalibləri üçün hazırlanmış Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirdiyimiz istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?