8 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqini verib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ESG (Ətraf mühit, Sosial və İdarəetmə) ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.

Məlumata əsasən, ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.

SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutub.

Ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.

Həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə SOCAR-ın kredit reytinqlərində də müsbət dəyişiklik baş verib. Belə ki, “Fitch” reytinq agentliyi tərəfindən uzunmüddətli kredit reytinq dərəcəsi “BB+/pozitiv” səviyyəsindən cari ildə investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə yüksəldilib, “Moody’s reytinq agentliyi “Ba1/sabit” reytinq dərəcəsindən “Ba1/pozitiv” reytinq dərəcəsinə artırılıb “Standard and Poor’s” reytinq agentliyi isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.

MSCI ESG reytinqin istifadəsi və məhdudiyyətləri haqqında məlumat:

MSCI ilkin ESG reytinqi və əlaqədar tədqiqat

- kompensasiya müqabilində “MSCI ESG Research” tərəfindən hazırlanmışdır;

- kredit reytinqi və ya kapital tədqiqat hesabatı deyil;

- heç bir zəmanət və ya dəqiqlik, keyfiyyət, tamlıq və ya faydalılıq zəmanəti olmadan məlumat məqsədləri üçün təqdim edilir;

- yalnız ilk buraxılış tarixinə qədər qüvvədədir, dəyişdirilə və geri götürülə bilər;

- investisiya təşviqi və ya hər hansı qiymətli kağızları almaq və ya satmaq üçün təklif və ya tövsiyə xarakteri təşkil etmir və nəzərdə tutulmur;

- tamamilə və ya qismən “MSCI ESG Research”ə şirkət tərəfindən və ya onun adından təqdim edilmiş məlumatlara əsaslanır (MSCI həmin məlumatları etibarlılıq, doğruluq, dəqiqlik, tamlıq nöqteyi-nəzərdən təsdiq etmir, məlumatların bir qismi ictimaiyyətə açıq olmayan məlumat ola bilər);

- “MSCI ESG Research”in yazılı icazəsi olmadan həmin məlumatların sürəti çıxarıla və yayıla bilməz.

“MSCI ESG Research” https://www.msci.com/legal/provisional-rating ünvanında yerləşən məhdudiyyətlərin əlavə müddəaları nəzərə almaqla reytinq və əlaqəli tədqiqat və ya onlardan hər hansı istifadə ilə bağlı məsuliyyət daşımır.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?