7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar kiber risklərə qarşı infrastruktura investisiya yatırırlar

“Banklar kiber risklərə qarşı infrastruktura investisiya yatırırlar. Məqsəd kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı olmaq və kiberhücumların bankların sistemlərinə penetrasiya edilməsinin qarşısını almaqdır”. Bu fikri “vergiler.az”a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi Departamentinin direktoru Cəlal Rayi səsləndirib. Onun sözlərinə görə, hazırda maliyyə qurumları kiberhücumlardan qorunmaq üçün müxtəlif antivirus sistemləri, kiber risklərə qarşı proqramlar alırlar. Bu investisiyaların həcmi isə bankların resurslarının nə qədər əlçatan olmasından asılıdır.

“Maliyyə sektoruna xas olan əsas risklər kredit, bazar, likvidlik və əməliyyat riskləridir. Xüsusən də 2015-ci ildə devalvasiya ərəfəsində milli valyutanın dollara nisbətən dəyər itkisi nəticəsində böyük həcmdə kredit riski baş verdi. Nəticədə banklarda böyük həcmdə itkilər yarandı. Banklar eləcə də likvidlik, əməliyyat riskləri və kiber risklərlərlə üzləşə bilərlər. Bütün bunların qarşısının alınması üçün bankların tənzimləyici orqanı olan Mərkəzi Bank tərəfindən müxtəlif tələblər formalaşdırılıb. Kredit risklərinə qarşı ehtiyatların yaradılması, o cümlədən bazar risklərinə və əməliyyat risklərinə qarşı kapital ayırmaları ilə bağlı tələblər mövcuddur. Bu, bankların sadalanan risklərə qarşı daha ehtiyatlı, daha hazırlıqlı olmasına imkan verir”.

C.Rayinin sözlərinə görə, bankların əməliyyat risklərinə görə tələbləri BASEL təlimatlarına uyğunlaşdırılıb. Baza standart yanaşması ilə bir bankın üç illik gəlirlərinin ortalamasının 15 faizi həcmində kapital ayıraraq ehtiyatlanma yaradılmalıdır. Kredit risklərinə qarşı ehtiyatlanmaya olan tələblər aktivlərin təsnifləşdirilməsindən asılıdır.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?