15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib.

Tədbirdə əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizdə biznes mühitinin və rəqabətqabiliyyətli innovativ inkişafın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər, əlaqələndirmə qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflər barədə məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında qeyd olunan göstəricilərin aidiyyəti bəndləri ilə bağlı yaradılmış digər işçi qrupları ilə əlaqəli şəkildə kommunikasiyanın qurulmasının zəruriliyini bildirib.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Qlobal İnnovasiya İndeksi” hesabatlarında ölkəmiz üzrə məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməsi, müvafiq işçi qruplarının da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığının zəruriliyini qeyd edib.

İclasda əlaqələndirmə qrupunda təmsil olunan qurumlar tərəfindən ötən il ərzində görülmüş işlər, “Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər və ümumi koordinasiya imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Sonda Əlaqələndirmə qrupunun üzvlərinin və iclasa dəvət olunan digər aidiyyəti işçi qrupların nümayəndələrinin sualları cavablandırılıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?