17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb, onları qazandıqları uğur münasibətilə təbrik edib. Müsabiqənin əməkdaşların bilik və bacarıqlarının, liderlik və strateji düşünmə xüsusiyyətlərinin aşkarlanması üçün yaxşı fürsət olduğunu vurğulayan nazir müavini karyera yüksəlişi ilə bağlı şəxsi təcrübəsini bölüşüb, iştirakçıların fəaliyyəti, peşəkar hədəfləri ilə maraqlanıb.

Görüşdə iştirakçıların fərdi inkişaf planlarının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə edilib. Qaliblər müsabiqənin nəticəsi olaraq cəlb olunduqları müxtəlif təlimlərin onların hərtərəfli peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verdiyini qeyd ediblər. Əməkdaşlara bilik və bacarıqlarının, həmçinin idarəçilik təcrübələrinin artırılması istiqamətində tövsiyələr verilib.

"Uğur yolu" karyera inkişafı proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında intellektual səviyyəsi və idarəçilik qabiliyyəti yüksək olan şəxslərin seçilməsi, onların lider kimi hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Qaliblər müxtəlif təlimlərə və mentorluq proqramlarına cəlb olunurlar.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?