7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin Azərbaycanda alternativ enerji layihələrinə investisiyaları genişləndirmək niyyətindədir

Çinin “China Energy” şirkəti ilə günəş enerjisi, dənizdə külək enerjisi layihələrini irəli aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün İşçi Qrupunun yaradılması razılaşdırılıb.

Energetika Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələlərə nazir Pərviz Şahbazovun Çinə səfəri zamanı şirkət rəhbəri ilə keçirilən görüşdə toxunulub.

Görüşdə bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub.

“China Energy”nin vitse-prezidenti Azərbaycanda külək və günəş enerjisi layihələrinə investisiyaların genişləndirilməsi niyyətində olduqlarını bildirib. Şirkət tərəfindən Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin istehsalı, həmçinin tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa dəstək ifadə edilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?