15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” qızıl hasilatını 27 faiz artırıb

Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC tərəfindən 48,7 min unsiya həcmində qızıl hasil edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 27 faiz üstələyir.

QSC-dən verilən məlumata görə, cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3 faiz artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69,2 min unsiya təşkil edib.

Həmçinin “AzerGold” tərəfindən cari ilin ilk 9 ayı ərzində 40,2 min unsiya qızıl, 54,7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz daha çox olmaqla 166,9 milyon manat vəsait cəlb edilib.

Ümumilikdə isə QSC tərəfindən 456,5 min unsiya qızıl, 907,4 min unsiya gümüşün yerli və xarici bazarlarda satışı nəticəsində 1,35 milyard manatdan çox gəlir əldə edilib. Vəsaitin 1,29 milyard manatını ixrac gəlirləri, 65,15 milyon manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Qeyd edək ki, “AzerGold” tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə hasilatda 10 faiz, satışda isə 3 faiz daha artıq hədəfdir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?