19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Məşğulluğa dəstək layihəsi” üzrə 17 mindən çox şəxs üçün kiçik biznes yaradılıb

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik biznes yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.

2020-2025-ci illəri əhatə edən, 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin icrasının nəticəsi olaraq, 2025-ci ilin sonunadək 25 mindən çox benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənir.

Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər bizneslərini genişləndirmək üçün həvəsləndirmə mükafatları olaraq əlavə dəstəklə də təmin olunurlar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?