19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8656 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 58,2 faiz üstələyir.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk 9 ayında aqrar sektorda fəaliyyət göstərən 3245 fiziki və hüquqi şəxsə 61,9 milyon manat məbləğində güzəştli kredit verilib.

2023-cü ilin yanvar-sentyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 6,6 faiz, kredit məbləği isə 2,1 faiz artıb.

Verilən kreditlərin 48,1 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 12,8 milyon manatı isə mikrokreditlərdir.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?