17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

6-cı qrant müsabiqəsinə dair məlumatlandırıcı tədbir keçiriləcək

Oktyabrın 18-də saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş 6-cı qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

KOBİA-nın məlumatına əsasən, tədbirin təşkilində məqsəd 6-cı qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran digər sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/83023136086?pwd=69mcPDjXDYTLZFbHtjPNmBYg4QGQzv.1

Meeting ID: 830 2313 6086

Passcode: 792794

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 23 oktyabr 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir. Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/40pm5y3

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?