18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27737 milyon manat, xərcləri 25174,3 milyon manat olub, 2562,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37141,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çox, xərcləri isə 28472,2 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?