19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmiş 16 KOB subyektinin müraciətinə baxılıb. Agentliyin məlumatına görə, Ekspertlər Şurasının rəyinə əsasən, onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 174-ə çatıb.

“Startap” şəhadətnamələri "Seaya" MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, "Eurasia Group" MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, “Qbit Technologies” MMC-nin əmlak alqı-satqı və xidmət platforması, "Printfable" MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması, “Eventa” MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı üçün onlayn platforması, “Billing Pro” MMC-nin borcların hesablanması və yığımı üçün onlayn platforması, “Avtomend” MMC-nin avtomobil parklarının idarə edilməsi üçün onlayn platforması, "Metanoia" MMC-nin dini maarifləndirmə, halal məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq, Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi (carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?