22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İcarəsi ucuz olan obyektlər müsabiqəyə çıxarılıb

İcarəsi ucuz olan obyektlər müsabiqəyə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Dövlət Xidmətinin məlumatına görə, qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Obyektlərin aylıq icarə qiyməti 21 manatla 408 manat arasında dəyişir.

Müsabiqəyə çıxarılan 4 obyekt Gəncə şəhərində və Goranboy rayonunda yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 14 noyabr 2024-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.
İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3Dpju9 linki vasitəsilə tanış olmaq mümkündür.
Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) öncədən yerləşdiriləcək.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?